Rusiya millisinin baş məşqçisi: "Səhvlərdən nəticə çıxaracağıq"

Rusiya millisinin baş məşqçisi: "Səhvlərdən nəticə çıxaracağıq"
XƏBƏR 28 Mart 2012 / 00:01 1800
-  A +

"Rəqib say etibarilə üstün olduğu dəqiqələrdə fərqləndi. Bəzi hücumların yekununda qeyri-dəqiq oynadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri futzal üzrə Rusiya yığmasının baş məşqçisi Sergey Skoroviç millimizlə keçirilən ilk "play-off" matçından (3:2) sonra deyib. 

Rusiyalı mütəxəssis cavab matçında səhvlərdən nəticə çıxaracaqlarını bildirib: "Maksimum nəticəyə köklənmişdik. Heyətdən göründüyü kimi, bir neçə əsas oyunçumuz yox idi. Qarşıda bir oyun da var. Səhvlərdən nəticə çıxaracağıq".


Mənbə: AFFA-nın rəsmi saytı


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner