Milli komandamızın kapitanı Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri Türkiyənin “Kocaelispor” klubu bu həftə Superliqada çox mühüm oyuna çıxacaq. Bu oyunöncəsi klubun rəsmi saytında futbolçuların statistik göstəriciləriylə bağlı maraqlı məlumat yer alıb. Qol.Az-ın məlumatına görə, statistikaya diqqət yetirdikdə məlum olur ki, Rəşad Sadıqov 810 dəqiqə meydanda olub ki, bu da klubun üzvləri arasında altıncı ən yaxşı göstəricidir. Birinci yerdə isə komandanın bombardiri, 26 oyunun hamısını əvəzolunmadan keçirən Taner Gülləri yer alıb. Lakin nəzərə almaq lazımdır ki, digərlərindən fərqli olaraq, Rəşad yalnız ikinci dövrədən etibarən heyətə cəlb olunub. Qış fasiləsində heyətə qatılan futbolçulardan isə yalnız Akeem Aqbetu həmyerlimizdən daha yaxşı göstəriciyə malikdir. Afrikalı futbolçu Rəşaddan 1 oyun çox keçirib və yalnız 29 dəqiqə meydanda çox olub. Xatırladaq ki, Rəşad Sadıqov “Kocaelispor”a transfer olunduqdan sonra komandasının keçirdiyi 10 rəsmi matçdan 9-da start heyətində meydana çıxıb və bu oyunların hamısını əvəzolunmadan keçirib. Rəşad təkcə “Sivasspor”a qarşı oynamayıb ki, həmin matçda da həmyerlimiz zədəli idi.
İkinci dövrədə 9 oyunda start heyətdə meydana çıxan Rəşad bu göstəriciyə görə də komanda üzvləri arasında ikinci yerdədir.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi