"Neftçi" azarkeşlərdən dəstək istədi

XƏBƏR 24 Mart 2012 / 12:17 1737
-  A +

Bu gün "Xəzər Lənkəran"a qarşı keçiriləcək Unibank Premyer Liqanın oyunu ərəfəsində "Neftçi" rəhbərliyi komandanın azarkeşləri ilə görüş keçirib.

Qol.Az-ın məlumatına görə, tədbirə klubun vitse-prezidenti Tahir Süleymanov, baş məşqçi Böyükağa Hacıyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu və digər rəsmilər qatılıb.

Klub prezidenti Sadıq Sadıqovun bayram təbrikini azarkeşlərə çatdıran rəsmilər, futbolsevərlərdən bu gün keçiriləcək "Xəzər Lənkəran"la oyunda, həmçinin növbəti görüşlərdə də dəstək gözlədiklərini bildiriblər.

Son xəbərlər