“Mançester Yunayted” komandasının hücumçusu Ueyn Runi “Vulverhempton” komandası ilə oyundan əvvəl məşq edərkən təsadüfən gənc azarkeşin əlini qırıb.
Qol.Az-ın “The Sun” qəzetinə istinadən verdiyi məlumata görə, Ueyn Runinin məşq zamanı qapıya vurduğu toplardan biri qapıdan yan keçib və tribunada oturmuş 9 yaşlı Ceymi Tomasa dəyib.
Ceymi Tomas üzünü əli ilə qorumağa çalışıb, ancaq əlini təhlükə altında qoyub. “Mançester Yunayted” və “Vulverhempton” arasında keçirilən görüşün birinci hissəsi ərzində uşağın əli şişib və Ceymi Tomas həkimə müraciət etməli olub. Onun biləyində sınıq aşkarlanıb.
Ueyn Runi isə təmsilçisi vasitəsi ilə bildirib ki, uşağın travma aldığını bilməyib. İndi futbolçu avtoqraf ilə birlikdə idman köynəyini Ceymi Tomasa göndərmək və üzr istəmək niyyətindədir.
Qeyd edək ki, bazar günü İngiltərə Premyer Liqası çərçivəsində “Mançester Yunayted” və “Vulverhempton” arasında keçirilən görüş "qırmızı şeytanlar"ın 5:0 hesablı qələbəsi ildə başa çatıb. Ancaq həmin oyunda Ueyn Runi rəqib qapısına top vura bilməyib.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı
Ronaldinyo karyerasını bərpa edir
Türkiyə ilə oyunda mundialın rekorduna imza atdı