Final mərhələsi bu ilin sentyabr ayında Braziliyada təşkil olunacaq «Danone Beynəlxalq Kuboku» futbol turnirində ölkəmizi təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədilə respublikanın bütün regionlarında 11-12 yaşlı (1 yanvar 1997-ci il tarixdən 31 dekabr 1998-ci il tarixədək təvəllüdlü) uşaqlardan ibarət komandalar arasında «Danone Beynəlxalq Kuboku»nun seçmə mərhələ oyunları keçirilir. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, budəfəki seçmə oyunlar Şimal-Qərb Regional Futbol Federasiyasının təşkilatçılığı ilə aprelin 18-19-da Mingəçevir şəhərində olacaq.
Xatırladaq ki, regionlardakı seçmə mərhələ oyunlarına martın 28-də İmişlidə start verilib. Daha sonra Gəncədə və Bərdədə bu turnirin oyunları keçirilib.
Regionda qalib olmuş komandalar sonrakı mərhələdə Bakıda Premyer Liqa klublarının nəzdindəki müvafiq yaş qrupundan ibarət 14 komandanın mübarizə aparacağı Azərbaycan birinciliyində iştirak edəcək. Bu mərhələnin qalibi «Danone Beynəlxalq Kuboku» futbol turnirində Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas
Messi rekordunu yeniləyə bilər
Arne Slot UEFA-da çalışacaq
"Qarabağ"da ayrılıq - Rəsmi