Messidən yeni rekord

XƏBƏR 20 Mart 2012 / 16:58 2692
-  A +

Argentinalı Lionel Messi "Barselona" klubunda yeni rekord vurmağa yaxındır.

Qol.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, "Barsa" tarixində vurulan qolların sayına görə rekordçu Sezar Rodrigesdir (232 qol). Messinin aktivində isə hazırda 231 qol var.

Bu mənada, artıq bu həftə argentinalı ulduz "Qranada"ya qarşı La Liqadakı matçda Rodrigesin rekordunu nəinki təzələyə, həttə onu qıra da bilər.


Son xəbərlər