"Simurq" istirahətə yollandı

XƏBƏR 19 Mart 2012 / 13:40 1517
-  A +

“Simurq” klubunun baş məşqçisi Georgi Çıxradze  Novruz Bayramı ilə əlaqədar futbolçularına iki günlük istirahət verib.

Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda martın 20-də Zaqatalada yenidən bir araya gələrək növbəti turda keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarını davam etdirəcək.

Zədə səbəbindən məşqlərdə iştirak etməyən kapitan Rasim Ramaldanov, Əli Bağırov və Andreys Rubins də artıq tam sağalıb. Bu futbolçular martın 20-dən komanda ilə birgə məşqlərə başlayacaq.

Daha çox


Son xəbərlər