"Bakı" debüt ilində finala yüksəldi

"Bakı" debüt ilində finala yüksəldi
XƏBƏR 19 Mart 2012 / 01:04 1784
-  A +

Qadın voleybolçular arasında “Çelenc Cup” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, bu mərhələdə ölkəmizi təmsil edən "Bakı" klubu evdə Almaniyanın "Zuhl" komandası ilə qarşılaşıb.

Səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edən komandamız doğma azarkeşləri önündə də həmin nəticəni təkrarlayıb. Bununla da, turnirdə debüt edən "Bakı" ilk dəfə finala yüksəlib.

Qeyd edək ki, "Bakı" finalda digər təmsilçimiz "Lokomotiv"lə üz-üzə gələcək.


18 mart

"Çellenc kuboku"nda yarımfinal mərhələsinin ilk oyunu

"Bakı" (Azərbaycan) - "Zuhl" (Almaniya) - 3:0 (25:12, 25:22, 25:17)

 

 


 

Daha çox


Son xəbərlər