"Lokomotiv" ardıcıl ikinci dəfə finalda

"Lokomotiv" ardıcıl ikinci dəfə finalda
XƏBƏR 19 Mart 2012 / 00:13 1886
-  A +

Qadın voleybolçular arasında “Çelenc Cup” turnirində yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, bu mərhələdə ölkəmizi təmsil edən "Lokomotiv" klubu evdə Belçikanın "Gent" komandası ilə qarşılaşıb.

Səfərdə rəqibindən 3:0 hesabı ilə üstün olan komandamız doğma azarkeşləri önündə də Belçika təmsilçisinə heç bir şans verməyib. Hər 3 setdə qələbə qazanan "Lokomotiv" ardıcıl ikinci dəfə finala yüksəlib.

Qeyd edək ki, "Lokomotiv" finalda digər təmsilçimiz "Bakı" ilə üz-üzə gələcək.

 


18 mart

"Çellenc kuboku"nda yarımfinal mərhələsinin ilk oyunu

"Lokomotiv" (Azərbaycan) - "Gent" (Belçika) - 3:0 (25:17, 25:22, 25:18)

Daha çox


Son xəbərlər