Mourinyo: "Çempionlar Liqasını qazanmaq istəyirik"

Mourinyo: "Çempionlar Liqasını qazanmaq istəyirik"
XƏBƏR 19 Mart 2012 / 00:01 1915
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumatına görə, portuqaliyalı mütəxəssis uzun müddətdir qazana bilmədikləri Çempionlar Liqasının qalibi olmaq istədiklərini bildirib:

"Çempionlar Liqasında APOEL səddini keçməklə ikinci dəfə yarımfinala vəsiqə qazanmaq istəyirik. Uzun müddətdir ki, bu turnirdə ən yaxşılar sırasında deyildik. Mən bura gələndə isə "Real" 1/4 final səddini keçə bilmirdi.

Ancaq mən bir daha "Real"ın gücünü nümayiş etdirmək istəyirəm. Bu mövsüm finala yüksəlmək və nəhayət çempion olmağı hədəfləyirik. Ancaq hələlik yalnız APOEL-lə oyun haqda düşünürük".

Qeyd edək ki, "Real" martın 27-də Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində səfərdə APOEL-in qonağı olacaq.

Daha çox


Son xəbərlər