Futzal millimiz uduzdu

XƏBƏR 18 Mart 2012 / 21:41 1693
-  A +

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, «Əl Nəsr» klubu ilə qarşılaşan millimiz 4:5 hesabı ilə məğlub olub. Komandamızın heyətində Hikmət Bağırov, Comərd Baxşəliyev, Elvin Quliyev və Zeynal Zeynalov fərqlənib.

Xatırladaq ki, Dubaydakı təlim-məşq toplanışında millimiz ilk yoldaşlıq oyununu martın 17-də «Əl Vəsl» klubu ilə keçirmiş və 1:0 hesabı ilə qalib gəlmişdi.

Daha çox


Son xəbərlər