Ölkəmizdə futbolun kütləviliyinin artırılması, təbliğinin gücləndirilməsi, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması məqsədilə AFFA tərəfindən həyata keçirilən tədbirlər davam edir. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, futbol veteranı Rüstəm Rəhimov və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev aprelin 17-də saat 13:30-da Səbail rayonundakı 91 saylı orta məktəbin şagirdləri ilə futbol barədə söhbətlər aparacaq, Azərbaycan futbolunun tarixi barədə məlumat verəcək, onları maraqlandıran sualları cavablandıracaqlar. Futbolun təbliği və uşaq futbolunun inkişafı ilə əlaqədar hazırlanan videoçarxın nümayiş etdiriləcəyi tədbirdə şagirdlərə AFFA-nın aksesuarları və toplar hədiyyə olunacaq.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas