Rafiq Mirzəyev: "Futbolçularımın ustalıq səviyyəsi çatmadı"

XƏBƏR 18 Mart 2012 / 19:09 1398
-  A +

"İlk hissədə yaranmış qol imkanlarından yararlana bilmədik. Bundan sonra qapımızda qol gördük".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev "Rəvan"la oyundan sonra (0:2) keçirilən mətbuat konfransında deyib. 

R.Mirzəyev bu oyunda futbolçularının sonadək mübarizə apardığını bildirib: "İlk hissənin sonlarında qapımızdan ikinci qolu buraxdıq. İki hissə bizim üstünlüyümüzlə keçsə də, qol imkanlarından istifadə edə bilmədik. Futbolçularımın ustalıq səviyyəsi çatmadı. Komandanın əsas heyətinin altı futbolçusu hazırda xəstə olsa da, futbolçularım sona qədər mübarizə apardılar”.

Daha çox


Son xəbərlər