Kaxaber Sxadadze gileyləndi

Kaxaber Sxadadze gileyləndi
XƏBƏR 18 Mart 2012 / 18:28 2134
-  A +

"Təəssüf ki, son 2 oyunda qapımızda 4 qol gördük. Bu qollardan 3-nü standart vəziyətlərdən buraxmışıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Neftçi" ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis son oyunlar komandasının erkən qol buraxmasından gileylənib: "Son oyunlarda erkən qollar buraxırıq. Bunun səbəbini mən də bilmirəm. Yarımmüdafiədə müəyyən problemlərimiz var.

Ona görə də oyunun gedişində dəyişikliklər etdim. Görünür, komandanın oyunlara köklənməsi zəifdir. Bununla belə, qarşıda hələ 8 matç var. Bu görüşlərə daha ciddi hazırlaşacağıq". 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...