“Hörmətli deputatımız Aqil Abbasın mənim haqqımda səsləndirdiyi fikirlərlə tanışam. Amma hesab edirəm ki, o mənim haqqımda dediyi sözləri emosional şəkildə söyləyib. Çünki o məni tanımır və heç vaxt da görüşməmişik”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Azərbaycan Milli Məclisinin Ağdam-Ağcabədi dairəsindən olan deputatı Aqil Abbasın ona qarşı səsləndirdiyi fikirlərə münasibət bildirərkən “İnter”in prezidenti Georgi Nikolov deyib. Nikolov bildirib ki, onlar Aqil Abbasla qarşı-qarşıya əyləşib, danışsalar, o zaman qarşı tərəf də onun fikrini başa düşəcək: “Mən də başa düşürəm ki, Ağdam Qarabağın ərazisidir. Orada xeyli sayda qaçqın və köçkün yaşayır. Ümumiyyətlə, Qarabağ Azərbaycanın ən ağrılı yeridir. Artıq 3 ildir Azərbaycanda yaşayıram, buradakı proseslərdən xəbərdaram. Mən də Azərbaycanın müstəqilliyini tanıyıb, dəstəkləyirəm. Hətta mən “İnter”in prezidenti olaraq bir neçə qaçqına çörək də vermişəm. Onlar məhz mənim rəhbərliyim altında çalışırlar. Buna görə də məni bu məsələdə günahlandırmaq olmaz. İnanıram ki, nə vaxtsa hörmətli deputatımızla qarşılaşıb, bu barədə söhbət etsək, o da məni başa düşəcək. Mən demirəm ki, “Qarabağ” ev oyunlarını Ağdamda keçirməsin və ya biz Ağdama getməkdən imtina edirik. Lakin indiki vəziyyət bizdən bunu tələb edir. Tam məsuliyyətilə deyirəm ki, qarşıdakı mövsümdə biz sevə-sevə Ağdama yollanmağa hazırıq”.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas