"İnter" - "Neftçi" oyunu FİFA referisinə tapşırıldı

XƏBƏR 18 Mart 2012 / 14:41 2133
-  A +

Unibank Premyer Liqasının bu gün keçiriləcək 24-cü turunun "İnter" - "Neftçi" oyununun hakimləri bəlli olub.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, turniri cədvəlinin liderlərlərinin oyunu FİFA referisi Fariz Yusifova tapşırılıb. Ona bu oyuna Yaşar Abbasov, Vaqif Musayev və Rəhim Həsənov (ehtiyat hakim) kömək edəcəklər.

Qeyd edək ki, oyun saat 16.00-da başlanacaq.

Daha çox


Son xəbərlər