Cihan Özkara 26 dəqiqə oynadı, komandası xal qazandı

Cihan Özkara 26 dəqiqə oynadı, komandası xal qazandı
XƏBƏR 18 Mart 2012 / 02:51 1464
-  A +

Azərbaycan milli komandasının oyunçusu Cihan Özkara Türkiyə Superliqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu "Sivasspor" evdə "Orduspor"la qarşılaşıb.

Lakin görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 1:1.

Qeyd edək ki, "Sivasspor"un baş məşqçisi Cihanı matçın 64-cü dəqiqəsində meydana buraxıb. Həmyerlimiz komanda yoldaşı Milan Çernini əvəzləyib.

 

Daha çox


Son xəbərlər