“Mən “İnter”in bu hərəkətini başa düşə bilmirəm. Axı onlar kimdirlər ki, Ağdamda oynamaqdan imtina etsinlər? Əgər AFFA deyirsə, Quzanlıda oynamaq olar, deməli oyunlar da elə orada keçirilməlidir”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “İnter”in prezidenti Georgi Nikolovun “Qarabağ”ın ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirmək istəyinə qarşı çıxmasına münasibət bildirərkən “Qarabağ”ın təsisçilərindən olan Adil Nadirov deyib. A.Nadirov hesab edir ki, “İnter” bu addımıyla “Qarabağ”ın azarkeşlərini təhqir edir: “Mən başa düşmürəm ki, onlar nədən qorxurlar. Axı Quzanlı ermənilərlə sərhəddən, cəbhə bölgəsindən bir qədər aralıdır. Buna görə də deyə bilərəm ki, onları Quzanlıda hansısa təhlükə gözləmir. “İnter” başa düşməlidir ki, Quzanlıda 100 minə yaxın qaçqın yaşayır. Onların haqları yoxdur ki, qaçqınların sevinclərini əllərindən alsınlar. “Qarabağ”ın rəqiblərini Quzanlıda qəbul etməsi orada yaşayan insanlara böyük mənəvi dəstək olacaq, onlara hədsiz sevinc bəxş edəcək. “İnter” bu hərəkətiylə yüzminlərlə “Qarabağ” azarkeşini, eləcə də qaçqını təhqir edir”.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas