"İnanıram ki, Abidal yenə də bizləri təəccübləndirəcək"

"İnanıram ki, Abidal yenə də bizləri təəccübləndirəcək"
XƏBƏR 17 Mart 2012 / 13:34 1876
-  A +

Fransa millisinin baş məşqçisi Loran Blank yaxın vaxtlarda qara ciyərindən əməliyyat olunacaq yığmanın üzvü Erik Abidala dəstək olub.

Qol.Az-ın məlumatına görə, Fransa Futbol Federasiyasının (FFF) rəsmi saytına danışan Blank "Barselona"lı futbolçunun tezliklə sağalacağına ümid etdiyini bildirib:

"Söylənəcək bir şey yoxdur. Abidal və bizlər üçün olduqca pis xəbər oldu. Ancaq həyatda bu tip hadisələr qaçılmazdır. İnanıram ki, Abidal yenə də sağalmaqla bizləri təəccübləndirəcək. Mən Abidalı Avropa çempionatında görmək istəyirdim. Lakin əsas odur ki, futbolçu tezliklə sağalsın. Qalan işlər düzələr". 

Qeyd edək ki, daha öncə qara ciyər xərçəngindən əziyyət çəkən fransız futbolçu bu dəfə həmin orqanından əməliyyat olunacaq.


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır