Qattuso yenidən yaşıl meydanlara qayıdır

Qattuso yenidən yaşıl meydanlara qayıdır
XƏBƏR 17 Mart 2012 / 12:06 1969
-  A +

"Milan" təcrübəli yarımmüdafiəçisi Cennaro Qattuso 6 aylıq fasilədən sonra yenidən yaşıl meydanlara qayıdır.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Milan"ın baş məşqçisi Massimiliano Alleqri açıqlama verib. 

Uzun müddət gözündəki problemlə əlaqədar yaşıl meydanlardan uzaq qalan futbolçu artıq iki həftədir ki, komanda ilə məşqlərə başlayıb.

Baş məşqçi Alleqri Qattusonu həftəsonu oynanılacaq "Parma" ilə oyunun 18-liyinə daxil edib. 34 yaşlı futbolçunun "Parma" ilə görüşdə meydana sonradan çıxacağı gözlənilir.

Qeyd edək ki, Qattuso sonuncu dəfə ötən ilin sentyabr ayında "Latsio"ya qarşı oyunda forma geyinmişdi.

 


Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır