Milli komandamızın baş məşqçisi dünyasını dəyişdi

Milli komandamızın baş məşqçisi dünyasını dəyişdi
XƏBƏR 17 Mart 2012 / 00:25 2492
-  A +

Reqbi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Quram Modebadze vəfat edib.

Bu haqda Lent.az-a Azərbaycan Reqbi Federasiyasının icraçı direktoru Zülfüqar Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, gürcüstanlı mütəxəssis 63 yaşında şəkərli diabet xəstəliyindən dünyasını dəyişib. Modebadze Tiflisdə dəfn olunub.

Qeyd edək ki, Quram Modebadze qısa fasilələrlə 2003-cü ildən Azərbaycan yığmasının sükanı arxasında çalışıb.


Son xəbərlər