Yığmamız Türkiyə millisini məğlub etdi

Yığmamız Türkiyə millisini məğlub etdi
XƏBƏR 16 Mart 2012 / 18:30 2000
-  A +

Bu gün İstanbul şəhərində futzal üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 2:1 hesabı ilə millimizin xeyrinə başa çatıb. Futzalçılarımızdan Jadder Dantas və Serjio Luis fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında martın 15-də keçirilən yoldaşlıq oyunu 3:3 hesabı ilə yekunlaşmışdı.

Daha çox


Son xəbərlər