Avroliqanın 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli oldu

Avroliqanın 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli oldu
XƏBƏR 16 Mart 2012 / 02:34 1999
-  A +

Bir neçə saat öncə başa çatmış iki oyunla Avropa Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, Avropanın 8 ən güclü komandası bu mərhələdə mübarizəni davam etdirəcək.

Həmin komandalar isə bunlardı: "Atletiko" (Madrid, İspaniya), “Şalke” (Almaniya), “Sportinq” (Portuqaliya), “Metallist” (Ukrayna), “Atletik” (İspaniya), “Valensiya” (İspaniya), “AZ Alkmaar” (Hollandiya), “Hannover” (Almaniya)

Qeyd edək ki, Avroliqanın 1/4 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.


Son xəbərlər