Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar dəstək kampaniyasına start verilib.
Lent.az-ın məlumatına görə, bununla əlaqədar martın 14-də mətbuat konfransı keçirilib.
Tədbirdə “Bakı-2020”nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, olimpiya çempionları və “Bakı-2020”nin səfirləri Zemfira Meftahəddinova və Fərid Mansurov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov iştirak ediblər.
K.Nurullayeva bildirib ki, “Bakı-2020” Təşkilat Komitəsi Sifariş Kitabını uğurla hazırlayaraq, Beynəlxalq Olimpiya Komitəsinə (İOC) təqdim edib. Mayın 23-də Kanadanın Kvebek şəhərində İOC-un İcraiyyə Komitəsinin iclasında hansı iddiaçı şəhərin növbəti mərhələyə keçdiyi müəyyənləşəcək. Bakıda əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) da 2020-ci il olimpiadasına iddialıdırlar. İcraçı direktorun sözlərinə görə, Bakının olimpiadaya iddiaçı şəhər olmasından həm daxildə, həm də xaricdə xəbərdar olmalıdırlar. Bu məqsədlə dəstək kampaniyasına ATGTİ ilə birgə start verilib:
“ATGT-nin bizə dəstəyi də vacibdir. Əhalimizin 30 faizini gənclər təşkil edir. Bu prosesdə bizə yardımçı olacaq hər kəsə öncədən təşəkkür edirik. Vətəndaşlarımızın dəstəyi həm biz, həm də BOK üçün önəmlidir. Daha öncə İOC-un tanıdığı təşkilat tərəfindən Azərbaycan əhalisi arasında sorğu keçirilmişdi. Sorğuya qatılanların 95 faizi “Bakı-2020”yə dəstək vermişdi. İndi isə imzatoplama kampaniyası aparacağıq. Məqsədimiz həm də olimpiya hərəkatı barədə vətəndaşlarımızın məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir. İmzatoplama təkcə Bakıda deyil, regionlarda da aparılacaq”.
K.Nurullayeva qeyd edib ki, İOC-un şərti iddiaçı şəhərə xalq, ictimaiyyət tərəfindən dəstəyin verilməsidir. “Bakı-2020” Təşkilat Komitəsi isə belə bir təşəbbüs irəli sürüb. Aksiya müddətində minimum 250 min, maksimum 1 milyona qədər səs toplamaq lazımdır: “Ümid edirik ki, imzaların sayı 1 milyona yaxın olacaq. Burada KİV-in də dəstəyi çox önəmlidir. Kampaniyanın nəticəsi olaraq, aprelin 14-də Rusiyanın paytaxtı Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası keçiriləcək. Həmin tədbirdə bütün iddiaçı şəhərlər ictimai dəstək barədə beynəlxalq olimpiya hərəkatı nümayəndələrini 10 dəqiqəlik təqdimat zamanı məlumatlandırmalıdırlar. Biz də bu kampaniya barədə məlumat verəcəyik”.
“Bakı-2020”nin rəsmisinin sözlərinə görə, imzaların sayı ilə bağlı BOK-da şübhə yaransa, imzaları təqdim etməyə hazırdırlar. O, təbliğat kampaniyası üçün ayrılan vəsaitin həcmini də açıqlayıb. K.Nurullayeva bildirib ki, birinci mərhələ üçün 8 milyon dollar ayrılıb. Bakı şəhəri növbəti mərhələyə keçsə, daha 44 milyon dollar ayrılacaq. Bu rəqəmin elə də böyük olmadığını deyən icraçı direktor aprelin 20-dən sonra ölkəmizə dünyanın kifayət qədər tanınmış idmançıların səfər edəcəklərini və onların da “Bakı-2020”yə dəstək verəcəklərini söyləyib.
Ş.İsmayılov ATGTİ nəzdində olan 39 ali təhsil müəssisəsi və 10 mindən artıq üzvlə imzatoplama kampaniyasında iştirak etməyə böyük məmnuniyyətlə razılaşdıqlarını vurğulayıb. O bildirib ki, kampaniya ərzində könüllülərdən də istifadə olunacaq. Onlar şəhərin müxtəlif yerlərində, ali təhsil müəssisələrində 24 saat fəaliyyət göstərəcək, əhalini məlumatlandıracaqlar: “Məqsədimiz Azərbaycanı idman ölkəsi kimi tanıtmaqdır”.
Z.Meftahəddinova əhalini bu aksiyada aktiv iştirak etməyə çağırıb: “Mən bir vətəndaş və vətənpərvər kimi deyə bilərəm ki, hər bir insan aktiv iştirak etməlidir ki, biz növbəti mərhələyə yüksələ bilək. Bütün dünya bilməlidir ki, ölkəmiz təkcə neft və idman uğurları ilə zəngin deyil. Həm də əhali olimpiadaya böyük dəstək verir”.
F.Mansurov da xalqın dəstəyini vacib sayıb: “Xalqımız idmançı olduğumuz vaxt bizi dəstəklədi və çempion olduq. Eyni dəstəklə 2020-ci il olimpiadasına da hazır olduğumuzu göstərməliyik”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?