Ölkə kubokunun 1/4 final mərhələsi: rəqəmlərin gözü ilə

Ölkə kubokunun 1/4 final mərhələsi: rəqəmlərin gözü ilə
XƏBƏR 13 Mart 2012 / 12:28 1728
-  A +

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Qol.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən bu mərhələdə üz-üzə gələn komandaların ölkə kubokunun əvvəlki mövsümlərindəki oyunlarının balansını təqdim edir. Burada komandaların indiki və əvvəlki adları altında yalnız kubok görüşləri əks olunub.

1/4 final, ilk oyunlar

14 mart (çərşənbə)

"Bakı" – AZAL

+1=1-0, top fərqi – 3:0

Tarixlərində 2-ci dəfə kubokda üz-üzə gələn paytaxt təmsilçilərinin derbisində sevinən “Bakı” olmuşdu. Paytaxtın eyniadlı komandası 2 görüşdə qapısından qol buraxmamaqla mərhələ adlamışdı.

2005/06  1/8 final  Olimpik (Bakı) - Bakı  0:0, 0:3

"Qəbələ" - "Qarabağ" qarşılaşmayıblar.

İndiyədək kubok yarışlarında qarşılaşmayan rəqiblər ilk dəfə üz-üzə gələcək.

"İnter" - "Xəzər Lənkəran"
+1=2-3, top fərqi – 4:7

Artıq 4 dəfə üz-üzə gələn rəqiblər baş tutan 4 duel ərzində 6 dəfə üz-üzə gəliblər. Son 3 qarşıdurmadan qalib ayrılan “Xəzər Lənkəran” olub ki, bunların 3-də də sonda kuboka yiyələnib.
2004/05  1/2 final  İnter (Bakı) - Xəzər-Lənkəran  2:1, 1:1
2006/07  1/2 final  İnter (Bakı) - Xəzər-Lənkəran  0:1, 0:1
2007/08  final  Xəzər-Lənkəran - İnter  (Bakı)  2:0, əlavə vaxtda
2010/11  final  Xəzər Lənkəran - İnter  (Bakı)  1:1, pen. 4:2

"Kəpəz" - "Neftçi"
+4=1-4, top fərqi – 8:11

6-cı dəfə güclünü müəyyənləşdirməli olan komandalar kubokda yubiley – 10-cu matçda üz-üzə gələcəklər. Əvvəlki oyunlarda eyni sayda qələbə qazanana komandaların duellərində maraqlı tendensiya yaşanır. “Kəpəz” yarımfinallarda, “Neftçi” isə buna qədərki mərhələlərdə rəqibini mübarizədən kənarlaşdırır. Üstəlik son 3 matçda “Neftçi” qalib gəlib.

1995/96  1/4 final  Kəpəz (Gəncə) - Neftçi (Bakı)  1:0, 0:2
1997/98  1/2 final  Neftçi (Bakı) - Kəpəz (Gəncə)  1:2, 1:2
1999/2000  1/2 final  Kəpəz (Gəncə) - Neftçi (Bakı)  1:0, 0:0
2000/01  1/4 final  Neftçi (Bakı) - Kəpəz (Gəncə)  1:0, 3:1
2010/11  1/8 final  Gəncə - Neftçi (Bakı)  1:3

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu