Unibank Premyer Liqasının XXIII turunun “Neftçi” ilə ev oyunu "Qəbələ" üçün rekordlar və seriyalarla zəngin olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son ölkə çempionunu 4:1 hesabı ilə məğlub edən komanda ardıcıl 2-ci dəfə Azərbaycanın ən köklü komandasına qalib gəlib.
- “Qəbələ” “Neftçi” ilə oyunlar tarixində ilk dəfə ardıcıl qələbə qazanıb.
- “Qəbələ” “Neftçi” ilə oyunlar tarixində final mərhələsində uduzmamaqda davam edir. 2009/10 mövsümündə komanda 1 qələbə qazanıb, 1 heç-heçə etmişdi. “Altılıq” oyunlarında bakılılar qələbəyə həsrətdir.
- 4-cü dəfə “Neftçi”ni məğlub edən “Qəbələ” ilk dəfə böyük hesabla qalib gəlib.
- “Qəbələ” ilk dəfə “Neftçi”nin qapısına 2-dən artıq – 4 qol vurub.
- Ümumilikdə, komanda tarixində 27-ci dəfə böyük hesabla qalib gəlib. Bunların 3-ü cari mövsüm qeydə alınıb: 2-si çempionat, 1-i kubokda.
- Bunların 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 12-ci dəfə 3 və ya daha çox top fərqilə qələbə əldə olunub. XXII turdakı böyükhesablı qələbənin (4:0) səfərdə əldə olunduğunu nəzərə alsaq, evdəki son belə nəticə 329 gün əvvəl təsadüf olunub. Həmin vaxt “Simurq”la oyunda ən azı 3 top fərqilə qalib gəlmişdi.
- “Qəbələ” 16-cı dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə, 7-ci dəfə Premyer Liqada qonaqlar məğlub edilib.
- Premyer Liqadakı 12 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 2-si Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.
- “Qəbələ” 2008-cı ilin avqustundakı nailiyyətini təkrarlayıb 8 gün fasilə ilə 2 böyükhesablı qələbə qazanıb.
- “Neftçi” “Qəbələ”nin böyük hesabla məğlub etdiyi 18-ci komanda olub. MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 11 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.
- “Neftçi” ilə oyunda “Qəbələ”nin 2 futbolçusu dubla imza atıb. Luiz Hilario və Yannik Kamanan hərəyə 2 qol vurub. Bu matçadək klub tarixində 19 dubl var idisə, Hilario 20-ci, Kamanan 21-ci uğurun müəllifi olub.
- İlk dəfə buna nail olan Hilario klub tarixində dubl etmiş sayca 15-ci futbolçu olub.
- Kamanan isə Kənan Kərimovun 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Unibank Premyer Liqasındakı 1 çempionatda 2-ci dublunu rəsmiləşdirib.
- Ümumilikdə Kənan hamıdan çox – 4, Rövşən Əhmədov, Vüsal Qarayev isə Kamanan kimi hərəyə 2 dubl müəllifi olublar.
- Bu 21 dubldan 4-ü birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə, Premyer Liqada 13 belə hal yaşanıb. Kənan və Yannik Premyer Liqada hamıdan çox – 2 dubl müəllifi olublar.
- Kamananın matçda vurduğu son qol “Qəbələ”nin Unibank Premyer Liqasındakı ev matçların 90-cı, ümumilikdə isə evdə vurulan 160-cı qol olub.
- Ardıcıl 3 oyundur meydanı qolsuz tərk etməyən fransalı hücumçu bu qarşılaşmalarda 5 qol vurub.
- “Qəbələ” isə ardıcıl 5 oyundur meydanı qolsuz tərk etmir. Bununla da komanda özünün Premyer Liqa tarixindəki rekordu olan 2009/10 mövsümündəki 9 oyunluq seriyasına yaxınlaşır.
- Baş məşqçi Fatih Kavlakın rəhbərliyi altında komanda 5-ci ev qələbəsi qazandı.
- “Qəbələ” son 7 ev oyununda uduzmur. Son dəfə ötən il oktyabrın 29-da “Simurq”a 0: 2 hesabı ilə uduzan komanda sonrakı 6 çempionat və 1 kubok matçında yenilməz olub.
- Həm çempionat, həm də ümumilikdə vurduğu qolların sayını 5-ə çatdıran Kamanan klub tarixinin 20, komandanın Premyer Liqa tarxinin 13 ən yaxşı bombardiri siyahısına daxil olub.
- Həm çempionat, həm də ümumilikdə vurduğu qolların sayını 8-ə çatdıran Luiz Hilario klub tarixinin 11, komandanın Premyer Liqa tarixinin 5 ən yaxşı bombardiri siyahısına daxil olub. İndi o yalnız Deon Barton (14), Kənan Kərimov və Vitali Balamestnıdan (11) geri qalaraq Fərzad Hatəmi ilə eyni sayda çempionat qolu vurub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?