Yunis Hüseynovdan "Bakı" açıqlaması

Yunis Hüseynovdan "Bakı" açıqlaması
XƏBƏR 11 Mart 2012 / 17:46 2201
-  A +

“Karvan” klubunun sabiq çalışdırıcısı Yunis Hüseynov “Bakı” klubunun baş məşqçi postuna gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın müxbiri ilə söhbətində Hüseynov bu xəbərləri təkzib edib:

“Mən bu gün “Bakı” – “İnter” matçını stadiondan izləyirdim. Bir jurnalist dostum müsahibə üçün məni oyuna dəvət etmişdi. Hər dəfə olduğu kimi yenə mənim adım hallanır. Amma vallah bir şey yoxdur”.

Y.Hüseynov “Bakı” klubu ilə heç bir danışıq aparmadığını deyib.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq