Yuranın uzaqlaşdırdığı futbolçu "Simurq"a qaytarıldı

XƏBƏR 11 Mart 2012 / 15:53 1685
-  A +

Bu gün Zaqatalada Unibank Premyer Liqanın final mərhələsi çərçivəsində "Kəpəz"i qəbul edəcək "Simurq" oyuna itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, komandanın kapitanı Rasim Ramaldanov, Andreys Rubins “Qarabağ”la qarşılaşmada zədələndiklərindən bu matçda meydana çıxa bilməyəcəklər. 
 
21 yaşlılardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışından zədəli qayıdan İlkin Qırtımov artıq tam sağalıb. Baş məşqçi icazə versə, gənc müdafiəçi “Kəpəz”lə qarşılaşmada forma geyinə biləcək.

Bundan başqa komandadan uzaqlaşdırılan Aleksandr Şemonayev də heyətə daxil edilib. O, gəncəlilərlə oyunda “Simurq”un heyətində meydana daxil ola biləcək.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq