Premyer Liqadan A Seriyasına doğru

Premyer Liqadan A Seriyasına doğru
XƏBƏR 11 Mart 2012 / 03:17 1948
-  A +

İtaliyanın "Yuventus" klubu İngiltərə Premyer Liqasında top qovan iki futbolçunu heyətinə qatmağı planlaşdırır.

Qol.Az-ın "The Sun" qəzetinə istinadən verdiyi məlumata görə, Turin təmsilçisi "Çelsi"dən Maykl Esyen, "Arsenal"dan isə Aleks Sonqa "elçi" düşüb.

Bu mövsüm A Seriyasında çempionluğa oynayan "Yuventus" klubu yarımmüdafiə mövqeyini gücləndirmək niyyətindədir. Bu məqsədlə rəhbərlik transferlərə 18 milyon funt-sterlinq ayıracağını açıqlayıb.

Qeyd edək ki, 2005-ci ildə "Lion"dan "Çelsi"yə transfer edilən Esyen zədə səbəbindən əsas heyətdəki yerini itirib. Sonqa nisbətən məhz Esyenin "Yuventus"a keçidi daha real görünür.


Son xəbərlər