Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Avropa çempionatında 4 yarış günü arxada qalıb. Bu müddət sərbəst güləş üzrə kişi və qadınların gərgin mübarizəsi ilə yadda qalıb.
İlk 4 günün qısa xülasəsinə nəzər salsaq görürük ki, güləşçilərimiz 1 qızıl və 3 bürünc medal əldə edib. Qızıl medalı yığmamıza 60 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Toğrul Əsgərov qazandırıb. Bürünc medallar isə müvafiq olaraq, Aleksandr Qostiyev (74 kq), Sona Əhmədli (59 kq) və Nadya Sementsovanın (67 kq) payına düşür.
Avropa çempionatının ilk günü yığma komanda üzvlərimizdən heç biri mükafatçılar sırasına düşə bilməyib. Çempionatın ikinci günündə Azərbaycan idmançıları medal hesabını açıblar.
60 kq çəkili sərbəst güləşçimiz Toğrul Əsgərov 1/8 finalda Türkiyə, 1/4 finalda isə Gürcüstan idmançısını məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarışın bu mərhələsində Rumıniya təmsilçisindən aşkar üstün olan Toğrul həlledici qarşılaşmada bolqar rəqibinə 3 hissə davam edən mübarizənin yekununda qalib gələrək Avropa çempionu olub və bununla da sərbəst güləş yığmamıza ilk medalı qazandırıb.
59 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Sona Əhmədli isə ilk görüşdə Ukrayna nümayəndəsinə uduzsa da, rəqibin finala çıxması güləşçimizə bürünc medal şansı yaradıb və Sona bundan lazımınca istifadə edib. Çernoqoriya güləşçisini məğlub etməklə medal görüşündə iştirak hüququna yiyələnən qadın pəhləvanımız son görüşdə Belarus idmançısından güclü olub və Avropa çempionatını bürünc medalla başa vurub.
74 kq çəkili sərbəst güləşçimiz Aleksandr Qostiyev ilk görüşdə Polşa, daha sonra isə Fransa və Ermənistan idmançılarını məğlub edərək yarımfinala vəsiqə qazanıb. Yarışın bu mərhələsində Gürcüstan təmsilçisinə məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşdə Türkiyə güləşçisindən üstün olaraq Avropa çempionatının bürünc medalına sahib olub.
67 kq çəkili qadın güləşçimiz Nadya Sementsova isə mübarizəyə türkiyəli rəqibini məğlub etməklə başlayıb. O daha sonra Bolqarıstandan olan rəqibini üstələyib və yarımfinala çıxıb. Burada ukraynalı idmançıya uduzan Sementsova üçüncü yer uğrunda qarşılaşmada Rusiya təmsilçisinə qalib gələrək Avropa çempionatını üçüncü yerdə başa vurub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?