Arsen Vengerdən Van Persi açıqlaması

Arsen Vengerdən Van Persi açıqlaması
XƏBƏR 10 Mart 2012 / 15:36 2334
-  A +

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger komandanın hücumçusu Robin Van Persinin "Mançester Siti"yə keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis Van Persini satmayacaqlarını açıqlayıb:

"Van Persini komandada saxlamaq istəyirik və bu dəqiqdir. Hollandiyalı futbolçunun müqaviləsini uzatmaq üçün əlimizdən gələni edəcəyik. Əgər Van Persi "Arsenal"la müqaviləsini uzatmaq istəməzsə belə, yenə də onu satmayacağıq. O, müqaviləsinin sonuna qədər "Arsenal"da qalacaq".

Qeyd edək ki, Van Persi bu mövsüm Premyer Liqada 25 qola imza atıb.  


Son xəbərlər