"Mourinyo daha 100 oyun "Real"da qalmalıdır"

"Mourinyo daha 100 oyun "Real"da qalmalıdır"
XƏBƏR 10 Mart 2012 / 14:20 2331
-  A +

Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidan "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo haqda xoş sözlər deyib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan "Real"ın sabiq futbolçusu Mourinyonun komandada qalmalı olduğunu bildirib:

"Mourinyonun "Real"da 100 oyun daha qalması komandanın xeyrinə olar. Hazırda önəmli olan "Real"ın La Liqa və Çempionlar Liqasında inamla irəliləməsidir. Komandada hər şey qaydasındadır. İnanıram ki, Mourinyo "Real"a daha çox fayda verəcək".
 
Qeyd edək ki, Mourinyo bu günə qədər "Real"ı 99 görüşə çıxarıb.


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi