Mircavadov: “Elxan Məmmədovdan xahiş etmişdim ki, mənə təqaüd verməsin”

Mircavadov: “Elxan Məmmədovdan xahiş etmişdim ki, mənə təqaüd verməsin”
XƏBƏR 9 Mart 2012 / 19:36 2443
-  A +

“Düzü,  özüm bir dəfə AFFA-nın baş katibi Elxan Məmmədovdan xahiş etmişdim ki, mənə təqaüd verməsin. Dedim ki, mənə lazım deyil. Çünki bir az söz-söhbət olduğu üçün istəmədim. Ancaq buna baxmayaraq, məni təqaüdə layiq görüblərsə, sağ olsunlar”.

Qol.Az saytına açıqlamasında bu sözləri AFFA-nın təqaüdünə layiq görülən Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib.
 
Mircavadov təqaüd almasına baxmayaraq, futboldan uzaqlaşmayacağını bildirib:

“Çünki işləmək üçün özümdə hələ güc hiss edirəm. Bilirsiniz, bizdə bir pis cəhət odur ki, yaşlı məşqçiləri, bir az təcrübəli futbolçuları futboldan uzaqlaşdırmağa çalışırlar. Lakin İngiltərədə, əksinə yaşlı məşqçilər və futbolçuların təcrübəsindən yararlanırlar. Azərbaycanda 31 yaşlı futbolçunu artıq qoca hesab edirlər. Bu, düzgün deyil. Yəqin ki, inşallah, bu sahədə də düşünərək bir tədbir görərlər”.

Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi