Aprelin 20-23 aralığında qısamüddətli təlim-məşq toplanışına yığışacaq Azərbaycan milli komandasında yeni adlar ola bilər. Bunu Qol.Az-a millinin məşqçisi Elxan Abdullayev deyib. Onun sözlərinə görə, hər şeyə həftəsonu Azərbaycan Premyer Liqasının növbəti turundan sonra aydınlıq gələcək: “Foqts ya sabah, ya da, bürügün Azərbaycana qayıdır. Həftəsonu isə ölkə çempionatının oyunlarını izləyəcək. Bundan sonra toplanışa çağıracağı futbolçuların siyahısını açıqlayacaq. İstisna olunmur ki, həmin siyahıda yeni adlar da olsun”. E.Abdullayev almaniyalının böyük ehtimalla Lənkərana gedəcəyini deyib: “Düzdür, hansı oyunu izləyəcəyini Foqts bura gəldikdən sonra dəqiqləşdirəcək. Böyük ehtimalla o Lənkərana gedəcək. Çünki bu turun mərkəzi qarşılaşması “Xəzər-Lənkəran”- “Bakı”dır”.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas