Unibank Premyer Liqasının XIX turu “Xəzər Lənkəran”da daha 1 futbolçunun debütü ilə yadda qalıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Turan”la səfər oyununun sonlarında meydana daxil olan Ballo Salif ilk dəfə cənub təmsilçisinin formasında rəsmi matçına çıxıb.
Beləliklə, malili yarımmüdafiəçi “Xəzər Lənkəran” tarixinin bütün futbolçularının ümumi sayını 144-ə yüksəldib. Bununla da, 2011/12 mövsümündəki debütantların sayı 18-ə çatıb.
Balloya qədər Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli, Marius Onofraşa, Dejan Rusiç, Branimir Subaşiç, Mario Rosas, Antonio Semedo, Eldar İsmayılov, Kamal Bayramov, Habil Nurəhmədov və Zahid Quliyev 2011-ci ildə. Sadio Tounkara, Roberto Alviz, həmçinin Rendall Breneslə Stevan Bates bu ilin ilk 3 matçında yeni komandalarında debüt etmişdilər.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın şərəfini qorumuş 144 oyunçu siyahısına 89-cu legioner kimi düşən Ballo həmyerlisi Sadio Tounkaradan sonra 2-ci malilidir. Ümumilikdə isə komandada təmsil olunan ölkələrin sayı 32-dir:
Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya – hərəsi 1.
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi