AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırdı

XƏBƏR 9 Mart 2012 / 17:02 1909
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Unibank Premyer Liqasının XIX turunda baş verən hadisələrlə bağlı qərarlar çıxarılıb

AZAL –  “Sumqayıt” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

“Kəpəz” –  “Qəbələ” matçının 35-ci dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Dean Barton hakimin qərarına emosional şəkildə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə olunub.


Son xəbərlər