Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqtsun Kamran Ağayevin son addımından xəbəri yoxdur. Bunu Qol.Az-a milli komandada onun köməkçisi işləyən Elxan Abdullayev deyib. Abdullayevin sözlərinə görə qapıçı qərarını bu gün verdiyindən Foqts bundan xəbərsizdir: “Amma 1-2 günə Azərbaycana qayıdacaq Foqts istənilən halda qapıçının durumundan xəbər tutacaq. Əgər Kamran həqiqətən də zədəyə görə futbolu atırsa, o zaman bunun səbəbini “Xəzər Lənkəran”ın həkimi Boris Xetaqurovdan öyrənmək lazımdır. Mən bildiyimə görə, Ağayevin zədəsi elə də ciddi deyil. Görünür, müəyyən müddətdir futboldan uzaq qalıb, evdə oturub və bunun nəticəsində depresiyaya düşüb ki, futbolu atmaq istəyir. Bu, baş versə təbii ki, Azərbaycan futbolu üçün böyük itki olacaq”.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas