Rövnəq Abdullayev: "Məndən olsa, çempionatda səkkiz komanda oynayar"

Rövnəq Abdullayev: "Məndən olsa, çempionatda səkkiz komanda oynayar"
XƏBƏR 9 Mart 2012 / 15:21 2297
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev Unibank Premyer Liqanın keçirilmə formatına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, qurum rəhbəri çempionatda klubların sayının artırılacağı barədə mətbuatda səslənən fikirləri təkzib edib:

“Çempionatda klubların sayını artırmaq barədə fikrimiz yoxdur. Bəzi komandaların maddi durumu onların Premyer Liqada iştirak etməsinə imkan vermir. Misalçün “Turan”da vəziyyət pis idi. Biz Tovuz təmsilçisinə yeni sponsor tapmaq üçün xeyli əziyyət çəkdik. Bizim çempionat İngiltərə Premyer Liqası deyil ki, burda 18-20 komanda oynasın. Məndən olsaydı, çempionatda 8 yaxud 10 komanda iştirak edərdi”.

R.Abdullayev əsas liqadan daha çox diqqəti birinci divizona yönəltməyin vacibliyini vurğulayıb.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq