Berti Foqts: “Mənim favoritlərim “Neftçi”, “İnter” və “Xəzər Lənkəran”dır”

XƏBƏR 9 Mart 2012 / 14:46 2395
-  A +

“Altılıq”da neçə turun oyununu izləyəcəyimi bilmirəm.Bu barədə hələ qərara gəlməmişəm”.

Qol.Az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis bir neçə baş məşqçinin milli komandamızın Dubay toplanışında iştirakdan imtina etməsinə də münasibət bildirib: “Mən buna normal yanaşıram. Almaniyada çalışdığım zamanlar mən də bəzən bu cür toplanışlarda iştirak edə bilmirdim.Bu səbəbdən onların Dubaya gəlməməsinə münasibətim normaldır”.

Foqts “Unibank Premyer Liqasının qalibi olaraq kimi görürsünüz” sualına belə cavab verib: “Mən falçı deyiləm. Bununla belə, favoritlərim “Neftçi” “İnter” və “Xəzər Lənkəran”dır”.

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq