Unibank Premyer Liqasının təxirə salınan XIX turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ötən matçda təkrarladığı rekordunu yeniləyə bilməyib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 3 qələbədən sonra 2:3 hesabı ilə uduzan komanda bu dəfə xal itkisinə üzülüb.
- “Qəbələ” 2007/08, 2009/10 və 2 dəfə 2010/11 mövsümündə imza atdığı 3 oyunluq qələbə seriyasını təkrarlamaq üçün XX turda “Simurq”u 1:0, XXI turda “Xəzər Lənkəran”ı 2:1, XXII turda “Rəvan”ı 4:0 hesabı ilə yenmişdi. Sonuncu dəfə ötən il dekabrın 21-də “Qarabağ”la oyunda xal itirən (0:0) komanda 77 gündən sonra xal itkisi ilə üzləşib.
- Ötən il noyabrın 26-da səfərdə “Bakı”ya 1:2 hesabı ilə uduzan Fatih Kavlakın komandasının məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Son 8 qarşılaşmada uduzmayan komanda 102 gündən sonra meydanı xalsız tərk edib. “Qəbələ” uduzmadığı 8 oyunda 6 qələbə qazanıb və 2 heç-heçə etmişdi. Bu matçlardakı top fərqi 14:2 olub. Bu matçların 7-si çempionatda qeydə alınıb. Xatırladaq ki, komandanın Premyer Liqada ən uzun məğlubiyyətsiz seriyası 12 oyundan ibarətdir və ötən mövsüm gerçəkləşib.
- Gəncədəki oyun baş məşqçi Fatih Kavlakın Unibank Premyer Liqasında 10-cu matçı oldu. Bu oyunlarda “Qəbələ” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində də üstünlük nəzərə çarpır – 15:7. Ümumilikdə isə türkiyəli mütəxəssis komandanı 11 oyuna çıxarıb.
- “Kəpəz”lə matçda Nodar Məmmədov 40-cı, Aleksandr Çertoqanov 20-ci, Tarzin Changirov isə 10-cu dəfə “Qəbələ”nin formasında meydana çıxıb. Stiv Olfers Premyer Liqada 40-cı, Tarzin isə çempionatda 10-cu dəfə forma geyib.
- İndiyədək yalnız kubok matçında şans qazanan şotlandiyalı qapıçı Qrem Smit Unibank Premyer Liqasında debüt edib. Bununla da, o, çempionatın güclülər dəstəsində komandanın şərəfini qoruyan 115-ci futbolçu, 57-cu əcnəbi olub.
- Matçda hesabı açan Lyubo Baranin 166 gündən sonra “Qəbələ”də qol vurub. O, sonuncu dəfə ötən il sentyabrın 23-də “Xəzər Lənkəran”la səfər matçında fərqlənmişdi. Bu serbiyalının 5-ci qolu olub.
- Meydandan qovulan Deon Barton “Qəbələ” tarixində 32-ci, Premyer Liqada 24-cü qırmızı vərəqənin sahibi olub. Ötən mövsüm – 2011-ci il aprelin 30-dakı “Simurq”la səfər oyununda da meydandan qovulan yamaykalı 2-ci dəfə bu aqibəti yaşayıb. Həmin vaxt 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alan Deon bu dəfə daha tez – 35-ci dəqiqədə meydanı tərk edib.
- Barton “Qəbələ”də 2 qırmızı alan 8-ci futbolçu olub. Ona qədər Azər Həşimov, Əli İsmayılov, Milan Antiç, Nodar Məmmədov, Tomas Stolpa, Camal Məmmədov və Anar Qasımov da eyni taleyi yaşamışdı. Bu 8 oyunçudan 4-ü – Deon, Əli, Tomas və Nodar hər 2 halda Premyer Liqa oyununda cəzalanıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?