Unibank Premyer Liqasının sonuncu turunda "Simurq"la görüşdə (2:0) qapısını toxunulmaz saxlayan "Qarabağ"ın qolkiperi Boyan Pavloviçin quru seriyanı 722 dəqiqəyə çatdırdığı haqda xəbər vermişdik.
Qol.Az-ın məlumatına görə, serbiyalı qapıçı klubun rəsmi saytına açıqlamasında bu barədə fikirlərini bölüşüb:
"Təbii ki, hər qapıçı tarixə düşmək istəyir. İstənilən qapıçının vəzifəsi ilk növbədə qol buraxmamaqdır. Fərqlənmək üçün 660 dəqiqəyə ehtiyacım olduğunu bilirdim. Hələ qış fasiləsində 4 "quru" oyun var idi. Mənə tez-tez rekord haqqında xatırladırdılar. Qarşıma konkret belə hədəf qoymamışdım. Hətta bu haqda danışanda belə fikri yayındırmağa çalışırdım.
Matçlar ötdükcə artıq əsas gündəm bu oldu. Düzdü, yenə danışmaq istəmirdim. Amma məni məcbur etdiniz (gülür). Təbii ki, qol buraxmamağımda müdafiənin böyük rolu var. Arxa xəttimiz olduqca güclüdür. Milli komandalarının futbolçularıdır. Onlar dəstəyini qeyd etməliyəm. Onlar həm komanda, həm də mənim üçün oynadılar. Hətta sonuncu matçda topu boş qapıdan da çıxardılar.
Təbii ki, qol buraxmadıqda həm məndə, həm də komandada özünəinam yaranır. İndi kuboku da nəzərə alsaq, 9 oyundu qol buraxmırıq. Bu 9 oyunda ən çətin işim "Qəbələ" ilə oyun oldu. Qarşıda bizi final mərhələsinin oyunları gözləyir. Bilirəm ki, "toxunulmaz" qalmaq çətin olacaq. Amma "Qarabağ"ın qələbə qazanması daha vacibdir".
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi