“Mənim yaya kimi “Xəzər-Lənkəran”la müqaviləm var və bu müddət başa çatana kimi də bu klubun futbolçu sayılıram. 3 ildir Lənkəran klubunun formasını geyinirəm və bu komanda mənə çox doğmadır. İnşallah, əgər zədəmi sağaldıb futbola qayıtsam, yenə də “Xəzər Lənkəran”ın formasını geyinməyə hazıram və bundan şərəf duyuram”. Bu sözləri Qol.Az-a Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev deyib. O, Lənkəran klubunda oynamaq istəməməsi haqqında səslənən fikirlərin düzgün olmadığını söyləyib: “Guya klubun təklif etdiyi müqavilədən imtina etməyim haqqında səslənən fikirləri qəbul etmirəm. “Xəzər Lənkəran” haqqında fikirlərimi dedim. Sadəcə burada başqa səbəblər var ki, onu da açıqlamaq istəmirəm. Bəzi şəxslər var ki, onlara görə futboldan getmirəm. Yoxsa çoxdan gedərdim”. K.Ağayev məsələylə bağlı əlavə açıqlama vermək istəməyib.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas