Unibank Premyer Liqasının XIX turunda qapılara 22 qol vurulub ki, bu da mövsümün rekordudur.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, üstəlik bu dəfə bütün qollar eyni günə təsadüf edib.
Bu isə ilk baxışdan unikal göstərici sayıla bilər. Lakin Azərbaycan çempionatları tarixinə nəzər salsaq, ən çox qolun qeydə alındığı gün 1995/96-cı il mövsümünə təsadüf edib. 1995-ci il oktyabrın 22-də baş tutan 6 qarşılaşmada qapılara 32 qol vurulub ki, bu da çempionatlar tarixində rekorddur. Həmin gün “Kəpəz” Neftçala “Pambıqçı”sını 10:1, “Kür-Nur” “Viləş”i 5:0, “Neftçi” “Bakı fəhləsi”ni 4:2, “Turan” Bərdə “Pambıqçı”sını 5:1 hesabı ilə məğlub etmişdi.
OİK öz meydanında “Şəmkir”ə 0:2 hesabı ilə uduzduğu gündə “Qarabağ” – “Xəzri” matçı da az qollu olmuşdu – 1:1. Düzdür, həmin - ən məhsuldar gündən bir neçə ay keçəndən sonra Bərdə təmsilçisi çempionatdan çıxarıldı və nəticələri ləğv olundu. Bundan başqa 1993/94 mövsümünün sonluğunda – 1994-cü il mayın 15-də baş tutan 6 görüşdə də yüksək məhsuldarlıq qeydə alınıb – 30 qol.
Bu dəfəki 22 qolluq nəticə isə son 82 ayın rekordu sayılır. Çünki sonuncu dəfə 22-dən çox qol məhz 82 ay əvvəl – 2005-ci il mayın 3-də qeydə alınmışdı. Həmin gün qapılara 26 qol vurulmuşdu: “Bakı” – “MKT-Araz” 1:0, “Gəncə” – “Karat” 4:1, “Karvan” – “Göyəzən” 4:1, “Şahdağ-Samur” – “Gənclərbirliyi” 3:1, “Şəmkir” – “Bakılı” 3:0, “Turan” – “İnter 1:0, “Xəzər Lənkəran” – “Ədliyyə” 6:1.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı