Unibank Premyer Liqasının XIX turundan təxirə salınmış “Bakı” - “Neftçi” qarşılaşmasını stadionda izləyənlər arasında hər iki klubun prezidentləri də yer alıb.
Qol.Az-ın “Bakı” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Hafiz Məmmədov və Sadıq Sadıqov oyunu sonadək maraqla izləyiblər.
Meydan sahiblərinin məğlub olmasına baxmayaraq, “Bakı”nın prezidenti Hafiz Məmmədov təmkinini itirməyib. Qonaq komandanın rəhbərini qələbə münasibəti ilə təbrik edən klub prezidenti “Neftçi”nin 3 xalı layiqincə qazandığını söyləyib:
"Neftçi" Azərbaycan çempionu və cari çempionatın lideridir. Bu komandanın gücü məlumdur. “Neftçi” səviyyəli futbolçulardan təşkil olunmuş və oturuşmuş komandadır. Bu amil onların uğur qazanmasının əsasıdır. Bizim komandaya gəldikdə isə, hələ heyətlə bağlı problemlərimiz var. Yeni futbolçularımız güclü oyunçular olsalar da, komandaya tamamilə uyğunlaşa bilməyiblər. Xətlərarası rabitə də nizamsız təsir bağışlayır və istənilən qaydada deyil. Məncə, “Neftçi” bu gün layiqli qələbə qazandı. “Neftçi” klubunun rəhbəri və bizim yaxın dostumuz Sadıq Sadıqov idman sahəsində öz sözünü demiş təcrübəli bir mütəxəssisdir. Təsadüfi deyil ki, “Neftçi” onun rəhbərliyi altında yüksəliş dövrünü yaşayır.
İki güclü rəqibin mübarizəsində ehtiraslar həmişə yüksək həddə olur. Bu idmandır. Mübarizə anında müxtəlif xoşagəlməz hallar yaşana bilər. İstisna deyil ki, müəyyən arzuolunmaz hərəkətlər yer alsın. Ancaq bu neqativ hallar iki klubun möhkəm təməllər üzərində qurulan dostluğuna və əməkdaşlığına xələl gətirə bilməz. Vaxtı ilə klublarımız arasında hansısa xırda anlaşılmazlıqlar yaşansa da, bütüb bunlar geridə qalıb. “Bakı” və “Neftçi” qardaş klublardır. Biz birlikdə Azərbaycan futbolunun inkişafı naminə çalışırıq. Bir daha “Neftçi”ni təbrik edirəm, onlara gələcək oyunlarda uğurlar arzulayıram".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?