Fuad İsmayılov: "Rəqibin azlıqda qalması xeyrimizə oldu"

XƏBƏR 7 Mart 2012 / 16:32 1774
-  A +

Bu gün Unibank Premyer Liqasının XIX turu çərçivəsində baş tutan “Kəpəz” – “Qəbələ” oyunundan sonra ev sahibi klubun baş məşqçisi Fuad İsmayılov qarşılaşma ilə bağlı fikirlərini bildirib.

İsmayılov komandasının “Qəbələ”yə qarşı oyununun həmişə ağır keçdiyini deyib: “İlk hissədə rəqibin azlıqda qalması xeyrimizə oldu. Bundan istifadə edərək, ikinci hücumçunu oyuna buraxdım. Bu amil qələbə qazanmağımızda əsas rol oynadı”.

Xatırladaq ki, matçın 37-ci dəqiqəsində "Qəbələ" klubunun futbolçusu Deon Barton ikinci sarı vərəqə alaraq, meydandan qovulub.

Son xəbərlər