Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev 2012-ci il London Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışları ilə bağlı proqnoz verib.
Tanınmış idmançı Lent.az-a açıqlamasında bunu hissiyyatının güclü olması ilə əlaqələndirib. Onun fikrincə, yığmamız London olimpiadasında 10 medal qazanacaq. Bu medallardan 3-nün əyarı isə qızıl olacaq: “İnanıram ki, medallardan biri taekvondodan olacaq. Əlbəttə, istərdik ki, qızıl olsun. Amma medalın fərqi yoxdur, təki taekvondoçularımız da olimpiadadan medal gətirsinlər. Çünki əvvəlki 2 olimpiadada medalın bir addımlığında dayanmışıq. Londonda ilk olimpiya medalımızı qazanmaq istəyirik”.
Hələlik ölkəmiz iyulun 27-də start götürəcək Yay Olimpiya Oyunlarına 30 lisenziya qazanıb. Musayev olimpiadayadək lisenziya sayının 50-yə çatacağına inam ifadə edib. London Yay Olimpiya Oyunlarında 2 taekvondoçumuz – Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaq. Federasiya rəsmisi 2008-ci il Pekin olimpiadası ilə müqayisədə daha çox lisenziya qazandıqlarını söyləsə də, tam heyətlə - 4 idmançı ilə təmsil oluna bilməmələrindən təəssüflənib:
“Daha 2 vəsiqə qazanmağa qadir taekvondoçularımız da var idi. Amma əfsus ki, yanvarın sonlarında Rusiyanın Kazan şəhərində təşkil edilmiş Avropa təsnifat turnirində Təvəkkül Bayramovla Günay Ağakişiyeva buna nail ola bilmədi. 4 lisenziyanın hamısını əldə etsəydik, London olimpiadasında onlardan ən azı 2-nin medal qazana biləcəyinə ümidimiz böyük olardı. Amma qismət beləymiş. Hər halda həm Ramin Əzizov, həm də Fəridə Əzizova gənc olmalarına baxmayaraq, öz çəki dərəcələrində kifayət qədər tanınmış idmançıdırlar. Əzizov və Əzizova sonuncu dəfə ABŞ-ın açıq çempionatında finaladək irəliləməyi bacarıblar. Hər iki idmançının olimpiadada da uğurla çıxış edəcəyinə ümidvaram. İnanıram ki, onlar ümidlərimizi doğruldacaqlar”.
Musayev bildirib ki, Ramin Əzizov Ümumdünya Taekvondo Federasiyasının reytinq siyahısında 80 kq çəki dərəcəsində ilk “4-lük”dəki yerini təmin edib. Bu isə o deməkdir ki, Əzizov olimpiadanın püşkü zamanı öz çəkisindəki digər 3 güclü taekvondoçu ilə yarımfinaldan tez üz-üzə gəlməyəcək. Fəridə Əzizova isə İngiltərənin Mançester şəhərində keçiriləcək Avropa çempionatında qızıl medal qazanarsa, reytinq xallarına daha 50-ni əlavə edəcək. Bu isə ona da püşkatma zamanı üstünlük verəcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?