AFFA nümayəndələri Tallinə səfərə gediblər

XƏBƏR 15 Aprel 2009 / 10:19 2427
-  A +

Aprelin 16-17-də Estoniyanın paytaxtı Tallin şəhərində futbolun təbliği ilə bağlı UEFA-nın seminarı keçiriləcək. Avropa futbol qurumuna daxil olan milli assosiasiyaların mətbuat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə iştirak etmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyev və həmin departamentin əməkdaşı Ülviyyə Nəcəfova artıq Tallinə yola düşüb.
Xatırladaq ki, analoji tədbir ötən il aprelin 29-30-da Bakıda keçirilmişdi.

Son xəbərlər