Unibank Premyer Liqasının təxirə salınmış XIX turu çərçivəsində martın 7-də "Qəbələ" klubu "Kəpəz”in qonağı olacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyun komandalar arasında 6-cı duel olacaq.
İndiyədək 5 dəfə üz-üzə gələn komandalar yalnız Unibank Premyer Liqası oyunlarında münasibətlərini ayırd ediblər. “Qəbələ”nin “Kəpəz”lə ilk oyunu ötən mövsümə təsadüf edib. Həmin vaxt “Gəncə” adlanan komanda 2 dəfə təsnifat, 2 dəfə final mərhələsində “Qəbələ”yə rəqib olub.
Maraqlıdır ki, 4 matçın heç birində qalib müəyyənləşməyib. Həm də bərabərliklərin 3-də qapılara qol da vurulmayıb. Komandaların oyunlarındakı tarazlıq yalnız cari mövsümdə pozulub.
Ardıcıl 4 heç-heçədən sonra “Qəbələ” öz meydanında ilk qələbəsini qazanıb. Cari mövsümdən tarixi adına qovuşan “Kəpəz” isə indiyədək “Qəbələ” üzərində qələbə qazanmayıb. Baş tutan 5 oyunda cəmi 1 qol vuran gəncəlilər buna da səfərdə nail olub. 3-cü dəfə öz meydanında “Qəbələ”ni qəbul edəcək “Kəpəz” öz meydanında qola da həsrətdir.
Qeyd edək ki, “Qəbələ” 1 qələbə qazanıb, 4 heç-heçə etdiyi qarşılaşmalarda 3 qol vurub, birini buraxıb.
2010/11 31.10.2010 Unibank Premyer Liqası "Gəncə" - "Qəbələ" - 0:0
2010/11 27.02.2011 Unibank Premyer Liqası "Qəbələ" - "Gəncə" - 0:0
2010/11 02.04.2011 Unibank Premyer Liqası "Qəbələ" - "Gəncə" - 1:1
2010/11 12.05.2011 Unibank Premyer Liqası "Gəncə" - "Qəbələ" - 0:0
2011/12 16.10.2011 Unibank Premyer Liqası Qəbələ - Kəpəz (Gəncə) 2:0
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi