17 yaşadək futbolçulardan ibarət komandalar arasında AFFA tərəfindən təşkil olunmuş çempionatda “Bakılı”nın bu gün növbəti ev oyunu stadionda təcili yardım maşınının olmaması ucbatından baş tutmayıb. Bu hal artıq ikinci dəfədir ki, təkrarlandığından “Bakılı”nı ciddi cəza gözləyir. Bu haqda Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu məsələyə ilk növbədə AFFA İnitizam Komitəsində baxılacaq. Əgər İntizam Komitəsi “Bakılı”ya bu dəfə də texniki məğlubiyyət versə, o zaman “Bakılı”nı ciddi cəza gözləyir.
Bravo, “Sabah”!
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"
“Gəlin Premyer Liqanı qazanaq!”
"Biz bunun əksini sübut edə bilərik" - Valdas Dambrauskas