"Çelsi" klubunun sahibi Roman Abramoviçin Almaniya milli komandasının baş məşqçisi Yoahim Lövlə görüşdüyü iddia olunur.
Qol.Az-ın İsveçrə mətbuatına istinadən verdiyi məlumata görə, Cenevrədə Lövlə görüşən Abramoviç almaniyalı mütəxəssisə "Çelsi"də işləməyi təklif edib.
Lakin hazırda Almaniya millisini çalışdıran Lövün hər hansı bir klubda işləyəcəyi inandırıcı görünmür. Bu ilin yayında Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatının startına az vaxt qaldığı üçün Löv təklifə heç bir münasibət bildirməyib.
Lakin Lövün Avro-2012-dən sonra "Çelsi"nin baş məşqçi postuna gələcəyi istisna olunmur. Britaniya mətbuatı da Abramoviçin ilk hədəfinin məhz 52 yaşlı mütəxəssis olduğunu yazır.
Qeyd edək ki, Lövün Almaniya millisi ilə 2014-cü ilə qədər müqaviləsi var.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi